Azkarbonlu polad geniş sənaye tətbiqlərində istifadə olunur, lakin korroziyaya qarşı zəif dayanıqlıdır. Bu materialın ömrünün artırılması və korroziya davamlılığının təmin olunması üçün elektrolitik üsulla qalay örtüyünün çəkilməsi ən effektiv metodlardan biridir. Qalay örtüyü həm materialın korroziyaya qarşı dayanıqlığını artırır, həm də estetik görünüş və qida təhlükəsizliyi kimi əlavə üstünlüklər yaradır. Elektrolitik üsulla örtük prosesinin rejim parametrlərinin optimallaşdırılması isə örtük keyfiyyətini və iqtisadi səmərəliliyi artırmaq baxımından vacibdir.