Abstract:
Disertasiya işi bank sektorunda Data Mining metodlarının tətbiqi ilə
məlumatların effektiv şəkildə analiz edilməsi və işlənməsi məsələlərinə həsr
edilmişdir. Bu tətbiqlər şirkətlərin məlumatları daha ətraflı şəkildə emal edilməsi,
proqnozların verilməsi, müştərilərin davranışlarını müəyyən edilməsinə və iş
proseslərini təkmilləşdirilməsinə kömək edir.
Bank işinin planlaşdırılması gələcək üçün hədəflərin müəyyən edilməsi və
onlara nail olmaq yollarının işlənib hazırlanması prosesidir.
Risklərin idarə edilməsi bank fəaliyyətinin hərtərəfli və kompleks
qiymətləndirilməsini - güclü və zəif tərəflər, təşkilati və bankın strukturu, maliyyə
nəticələri, kadr siyasəti, nəzarət funksiyalarını tələb edir.
Əsas məqsəd, bank sahəsində Big Data və Data Mining texnologiyalarının
tətbiqi ilə bank sektorunun effektiv idarə ediməsidir.