Abstract:
Şəhər nəqliyyat sisteminin səmərəliliyi və sərnişinlərin rahatlığı üçün marşrut şəbəkələrinin sərnişin tələbatına uyğun təşkili əsas şərtlərdən biridir. Region şəhərlərində bu məsələ daha aktualdır, çünki əksər hallarda mövcud marşrutlar köhnəlmiş tələbat modellərinə əsaslanır və əhalinin mobillik ehtiyaclarını tam qarşılamır.