Abstract:
Yol şəbəkəsində nəqliyyatın intensivliyinin artması dünyanın bir çox böyük şəhərlərinin potensial nəqliyyat imkanlarını tez bir zamanda tükəndirdi. Şəhərlərdə avtomobil axınlarının paylanması qanunauyğunluqları haqqında kifayət qədər məlumatın olmaması küçə şəbəkəsinin tutumunu artırmaq üçün sürətli tədbirlər tapmağa imkan vermədi. Nəticədə hərəkətin sürəti və təhlükəsizliyinin aşağı düşməsi, nəqliyyat xərclərinin artması və sərnişinlərin vaxt itkisi, avtonəqliyyat vasitələrinin göstəricilərinin azalması müşahidə olunub.