Abstract:
Dərs vəsaitində alətin seçilməsi, verişin təyin edilməsi, kəsmə sürəti, kəsmə qüvvələri və kəsmə gücünün müəyyən edilməsi üçün tövsiyələr verilmişdir. Real istehsal şəraiti nəzərə alınmaqla kəsmə rejimlərinin tənzimlənməsi və texnoloji əməliyyatlar üçün vaxt normalarının təyin edilməsi qaydaları göstərilmişdir. Dərs vəsaitində universal, yarım
avtomat və rəqəmli proqramla idarə olunan (RPİ) dəzgahlarda hissələrin
istehsalının fərdi texnoloji prosesi üçün seriyalı və kütləvi istehsal şəraitində vaxt normalarının hesablanması metodologiyası şərh edilmişdir.
RPİ dəzgahlarında emal zamanı vaxt normalarının hesablanması xüsusiyyətləri göstərilmişdir. Müxtəlif növ emal əməliyyatları üçün vaxt normalarının hesablanması nümunələri verilmişdir. Texnoloji proseslərinin
avtomatlaşdırılmamış layihələndirilməsinin səmərəliliyinin artırılmasına
imkan verən kəsmə əməliyyatlarının normalaşdırılmasında istifadə olunan təxmini düsturlar verilmişdir. Bu düsturlar, həmçinin, avtomatlaşdırılmış layihələndirmə üçün verilənlər bazasının yaradılması zamanı istifadə edilə bilər.