Qarabağ iqtisadi zonası regionun ən perspektivli kənd təsərrüfatı ərazilərindən biridir. Ərazidə aqrar sektorun inkişafı üçün müasir texnologiyaların, xüsusilə də ağıllı suvarma sistemlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir. Su ehtiyatlarının məhdudluğu və iqlim dəyişikliklərinin təsirləri bölgədə suvarma səmərəliliyinin artırılmasını zəruri edir. Bu baxımdan, ağıllı suvarma sistemlərinin tətbiqi, onların hidromexaniki parametrlərinin öyrənilməsi və optimallaşdırılması prioritet məsələlərdəndir.