Qloballaşmanın və nəqliyyat şəbəkələrinin inkişafının ekosistemlərə mənfi təsirlərindən biri də invaziv növlərin (bitki, heyvan və mikroorqanizmlər) sürətli yayılmasıdır. Nəqliyyat dəhlizləri vasitəsilə yayılmış invaziv növlər yerli ekosistemlərin pozulmasına, biomüxtəlifliyin azalmasına və iqtisadi zərərə səbəb olur. Azərbaycanın tranzit və nəqliyyat şəbəkələrinin intensiv inkişafı fonunda bu məsələ xüsusilə aktuallaşır.