Abstract:
Sürətlə urbanizasiya və avtomobil parkının artması şəhərlərdə nəqliyyat problemlərinin daha da aktuallaşmasına səbəb olmuşdur. Nəqliyyat axınlarının səmərəsiz idarə olunması, tıxacların yaranması və yollarda vaxt itkiləri sosial-iqtisadi baxımdan böyük zərərlərə gətirib çıxarır. Buna görə də nəqliyyat axınlarının vaxt itkilərinin dəqiq qiymətləndirilməsi və bu istiqamətdə müasir modelləşdirmə və analiz metodlarının tətbiqi şəhər nəqliyyat sistemlərinin səmərəliliyinin artırılması üçün prioritet məsələlərdəndir.