Abstract:
Urban mobilliyin əsas elementlərindən biri olan taksi xidmətləri şəhər nəqliyyatında mühüm rol oynayır. Son illər sərnişinlərin taksi xidmətlərinə olan tələbləri artmaqla yanaşı, xidmət keyfiyyəti, təhlükəsizlik, sürücünün davranış mədəniyyəti və peşəkarlığı ilə bağlı gözləntilər də dəyişmişdir. Sərnişinlərin gözləntiləri və tələbləri əsasında taksi sürücüləri üçün ixtisasartırma proqramlarının hazırlanması və tətbiqi bu sahədə xidmət səviyyəsinin artırılmasına, müasir tələblərə cavab verən mobillik mühitinin yaradılmasına kömək edə bilər.