Abstract:
Sistern vaqonlarının təmizlənməsi və buxarlanması təhlükəli və ekoloji cəhətdən həssas proseslərdən biridir. Proses zamanı zərərli qazlar, kimyəvi maddələr, yüksək temperatur və nəmlik kimi amillər işçilərin sağlamlığı üçün təhlükə yaradır, həmçinin əməliyyatın səmərəliliyini və təhlükəsizliyini azaldır. İş şəraitinin yaxşılaşdırılması üçün texnoloji, texniki, sanitar və təşkilati tədbirlərin kompleks yanaşma ilə tətbiqi zəruridir.