Abstract:
Şəhər mobilliyinin əsas daşıyıcılarından biri olan avtobus daşımaları ictimai nəqliyyatın səmərəliliyinin, əlçatanlığının və sərnişin məmnuniyyətinin təmin olunmasında xüsusi rol oynayır. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün avtobus daşımalarının müxtəlif keyfiyyət göstəricilərinin düzgün qiymətləndirilməsi və təhlili vacibdir. Bu göstəricilər sərnişinlərin gözləntilərini, daşımaların operativliyini, təhlükəsizliyini, rahatlığını və ekoloji cəhətlərini əhatə etməlidir.