Abstract:
Şəhər nəqliyyatının idarə edilməsi həm şəhər
sakinlərinin həyat keyfiyyətinə, həm də ətraf mühitin davamlılığına birbaşa təsir
göstərən müasir şəhər planlaşdırmasında mühüm rol oynayır. Göyçay şəhəri şəhər
nəqliyyatının idarə olunmasında, xüsusən də svetoforlarla tənzimlənən kəsişmələrdə
və sıx nəqliyyat axınının yaşandığı ərazilərdə əhəmiyyətli çətinliklərlə üzləşir. Sabit
qrafik üzrə işləyən mövcud svetofor sistemləri real vaxt rejimində yol hərəkəti
şəraitinə uyğunlaşa bilmir və buna görə də nəqliyyat vasitələrinin gecikmələrinin
artması, ətraf mühitin çirklənməsi və yol-nəqliyyat hadisələri riskinin artması kimi
mənfi hallara gətirib çıxarır.