Abstract:
Bakı şəhəri Azərbaycanın sənaye, ticarət və logistika mərkəzi olmaqla yanaşı, ölkənin ən böyük əhalisi və istehsalat müəssisələrinə sahib şəhəridir. İstehsalat tullantılarının düzgün idarə olunmaması ətraf mühitin çirklənməsinə, torpaq, hava və su ehtiyatlarının keyfiyyətinin pisləşməsinə, ictimai sağlamlığın təhlükə altına düşməsinə səbəb olur. Bu kontekstdə istehsalat tullantılarının ekoloji təhlükəsiz üsullarla toplanması, emalı və zərərsizləşdirilməsi məsələsi prioritet istiqamət kimi çıxış edir.