Abstract:
Dissertasiya işinin məzmunu günümüzün ən aktual və inkişaf
etməkdə olan sahələrindən biri olan elektron ticarətlə bağlıdır. Elektron ticarətin asan
istifadəsi və əlyetənliliyi üçün mobil tətbiqlərdən istifadə qaydaları və s. bu tədqiqat
işində öz əksini tapmışdır.
İlk öncə işin əsas hissəsi olan elektron ticarət haqqında məlumatlarla qısaca
tanış olaq. İnsanlar vaxt məhdudiyyətindən səmərəli istifadə üçün gün ərzində
gördüyümüz işləri elektronlaşdırmağa, robotexniki vasitələrin istifadəsinin artımı
üzərində daha çox çalışıb, inkişafına təkan vermişdilər. Bu halda elektron ticarət
mövzusunun aktuallaşması və inkişafı qaçınılmazdır.