Abstract:
Müasir qloballaşan dünyada universitetlərin şirkət və
biznes strukturları ilə əməkdaşlığı, onlara tədqiqatlarını maliyyələşdirmək, şaxələn dirmək üçün çoxlu sayda resurs əldə etmələrinə və eləcə də özlərinin ixtiraları üçün rəy 
almalarına imkan verir. İnteqrasiya olunmuş tədqiqat və təhsil, universitetlərdən insan 
resurslarının axınını dəstəkləməyə kömək etməklə, biznesdə savadlı, təlim keçmiş işçi 
qüvvəsinin formalaşmasına səbəb olur. Universitetlərin biznes strukturları üçün əsas 
istedad mənbəyi olmasına baxmayaraq, bu gün əmək bazarının tələb etdiyi bacarıqların 
uyğunsuzluğu və praktik təcrübənin olmaması bir çox məzunların iş tapa bilməməsinə
və işsizliyin yaranmasına səbəb olmuşdur. Odur ki, bu gün hər bir universitet əmək 
bazarınını tələblərinə uyğunlaşmaqla zəruri praktiki təcrübə və bacarıqların 
verilməsinə yönəlmiş, məşğulluğu artıra və iqtisadi artımı sürətləndirə biləcək 
istiqamətdə fəaliyyət göstərməlidir.