Abstract:
Bu gün gənc Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrünü yaşayır. Bu 
keçidin əsasını Qlobal İnformasiya Cəmiyyətini (QİC) qurmaq təşkil edir. Fərqli 
inkişaf modelləri əsasında yaşayan ölkə və dövlətlər müxtəlif dövrlərdə Qlobal 
İnformasiya Cəmiyyətinə keçəcəklər. Amma artıq bir çox dövlətlər bu cəmiyyətə keçid 
üçün öz vəzifələrini müəyyənləşdirmişdir. Keçid prosesində “informasiya anlayışı” və
onun cəmiyyətdə funksiyaları ciddi dəyişikliklərə uğramışdır. Bir çox aparıcı 
mütəxəssislərin fikrincə, bu sahədə son faktor kimi, informasiya hakim, sosial qrup isə
informasiya istifadəçiləri funksiyasını daşıyırlar. Qlobal informasiya cəmiyyəti ən 
müasir infokommunikasiya texnologiyaları və xidmətləri əsasında qurulmuşdur. Belə
ki, bu gün insan cəmiyyəti fantastik bir qrup xəyalpərəst insanın gözəl arzuları ola bilən 
rəqəmli texnologiyalar əsasında inkişaf edir. Bir neçə il bundan əvvəl, məsələn, optik 
lifli rabitə xətləri, spektral sıxlaşdırma texnologiyası, peyk rabitə sistemləri, mobil
(çevik) rabitə aparatı, şanvari modelli şəbəkə, internet, sinxron (STM) və asinxron
(ATM) veriliş metodu, plezoxron veriliş sistemi, paket kommutasiya, multimedia 
xidmətləri və GSM (Global System for Mobile Communications), İP telefon, İP/MPLS 
və s. ideyaları ola bilməzdi.