| dc.description.abstract | 
Dünyada texnoloji inkişaf sürətlə davam edir və bu inkişafın 
təhsil sahəsinə təsiri də artır. Xüsusilə, tələbələrin dərsə davamiyyətinin monitorinqi və 
analitikası təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətlidir. Hər bir tələbənin təhsil 
prosesində aktiv iştirak etməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir. Xüsusilə, tələbələrin 
dərsə davamiyyətinin izlənilməsi prosesi müəllimlər üçün zəhmətli ola bilər, lakin 
bununla belə, bu, tələbələrin təhsil prosesindəki performansının təyin edilməsi üçün 
vacibdir. İndiki texnoloji imkanlarla, bu prosesin avtomatlaşdırılması mümkündür və bu 
tədqiqat işi də tam olaraq bu məsələyə həll tapmağa yönəlmişdir.
QR kodlarının təhsil sahəsində tətbiq edilməsi yeni bir konsepsiyadır və bu iş, bu 
konsepsiyaya praktiki bir həll təklif edir. Bu tədqiqat, QR kodlarını və JavaScript 
proqramlaşdırma dilini istifadə edərək tələbələrin dərsə davamiyyətini avtomatlaşdıran bir 
sistem inkişaf etdirir. Bu texnologiya həm müəllimlərin iş yükünü azaldır, həm də ənənəvi 
qaydada olduğu kimi jurnal yazaraq vaxt itirilməsinin qarşısını alır.
Nəticədə, bu mövzu öz aktuallığını texnoloji inkişafın sürəti, təhsilin keyfiyyətinin 
yüksəldilməsinin əhəmiyyəti və texnoloji yeniliklərin təhsil sahəsində effektiv tətbiqinin 
vacibliyindən alır. | 
en_US |