Abstract:
Mülkiyyət formasından asılı olmayaraq istehsalçılar üçün bazarda qiymət 
məsələsi çox vacibdir. Bütün marketinq dəyişənləri ilə sıx əlaqədə olan qiymətlər 
şirkətin gəlirliliyini, rentabilliyini və maliyyə sabitliyini müəyyənləşdirir. 
Kommersiya nəticələrinin əldə edilməsi qiymətlərdən çox asılıdır, düzgün və ya 
səhv qiymət siyasəti şirkətin istehsal və marketinq kompleksinin bütün 
fəaliyyətinə uzunmüddətli təsir göstərir. Qiymətin müəyyənləşdirilməsinin 
düzgün metodologiyası, münasib qiymət siyasəti, dərin əsaslandırılmış qiymət 
strategiyasının ardıcıl həyata keçirilməsi sərt bazar şəraitində istənilən 
kommersiya müəssisəsinin uğurlu fəaliyyətinin zəruri komponentlərini təşkil edir. 
Bu baxımından dissertasiya işinin mövzusu çox aktualdır.