Abstract:
Hazırda Azərbaycanda mikromobil nəqliyyat növləri (elektrikli velosipedlər, 
elektrik skuterlər, mopedlər) fəal şəkildə inkişaf edir. Azərbaycan bazarında kikşerinq 
və veloşerinq xidmətləri - skuterlərin, elektrik skuterlərin, velosipedlərin və elektrik 
velosipedlərinin qısamüddətli icarəsi sistemləri fəal şəkildə təbliğ olunur. Məsələn, 
“Uber” taksi xidməti enerji doldurma stansiyalarına qədər müstəqil şəkildə hərəkət edə
biləcək pilotsuz skuterlər və velosipedlərin işlənməsi ilə məşquldur. Rusiyanın “Sibir” 
şirkəti isə Bakıda mikromobil nəqliyyat layihəsi həyata keçirir. Azərbaycanda 
ikitəkərli nəqliyyat vasitələri istifadəçilərinin və mikromobil nəqliyyat vasitələrinin 
icarəsi məntəqələrinin sayı günü-gündən artır. Bu baxımdan regionlarda ikitəkərli 
elektrik nəqliyyat vasitələrinin icarə məntəqələrinin yaradılmasının tədqiqi xüsusi 
aktuallıq kəsb edir